Tağı Əhmədovun həyat yoldaşı mükafatlandırıldı

Tağı Əhmədovun həyat yoldaşı mükafatlandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev tərəfindən təltif edilən Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları arasında Bakı Metropolitenin sabiq rəisi mərhum Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova da var.

Tribuna.az xəbər verir ki, Salatın Əhmədova “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, Salatın Əhmədova 18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.

Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin azərbaycan dili və ədəbiyyat müəllimidir. “Kitab Evi” İctimai Birliyinin sədridir.

Eyni zamanda “Məhsəti” şairlər Məclisinin “Məhsəti” jurnalının baş redaktorunun müavinidir. Salatın Əhmədli “Turan” Qadınlar Mərkəzinin, “Bura Vətəndir” və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür.

S. Əhmədova Bakı metropoliteninin sabiq mərhum rəisi Tağı Əhmədovun həyat yoldaşıdır. Onların iki övladı və beş nəvəsi var.

Gülşən Rəsul