Sürücülərin NƏZƏRİNƏ: Çox qəza törədənlər daha çox sığorta pulu ödəyəcək

Sürücülərin NƏZƏRİNƏ: Çox qəza törədənlər daha çox sığorta pulu ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı yeni dəyişiklik təsdiqlənib. Yeniliyə əsasən sürücülər üçün həm güzəşt, həm də əlavə ödəniş mexanizmi tətbiq olunacaq.

Tribuna.az xəbər verir ki, məlumata görə, əgər sürücü müəyyən müddət ərzində heç bir yol-nəqliyyat hadisəsi törətməzsə, onun sığorta haqqına 5 faiz endirim tətbiq ediləcək. Əksinə, qəza törədən şəxslər isə vurduqları hər hadisəyə görə əlavə 30 faiz sığorta haqqı ödəməli olacaqlar.
Bu dəyişikliklər faktiki olaraq “bonus-malus” sistemi kimi tanınan mexanizmin tətbiqini nəzərdə tutur. Belə sistem bir çox ölkələrdə istifadə olunur və əsas məqsəd sürücüləri daha məsuliyyətli olmağa təşviq etməkdir. Qəzasız sürücülər mükafatlandırılır, tez-tez qəza törədənlər isə daha çox ödəniş edir.
Ekspertlər bildirir ki, bu cür yanaşma yol hərəkəti təhlükəsizliyinə müsbət təsir göstərə bilər. Çünki sürücülər maliyyə baxımından əlavə yükdən qaçmaq üçün daha diqqətli davranmağa çalışırlar.
Bununla yanaşı, bəzi vətəndaşlar sosial şəbəkələrdə dəyişiklikləri tənqid edərək, əlavə ödənişlərin yüksək olduğunu və bunun sığorta xərclərini ciddi artıracağını qeyd edirlər.
Hazırda yeni qaydaların tətbiq mexanizmi və konkret şərtləri ilə bağlı rəsmi qurumların əlavə açıqlamalar verməsi gözlənilir.

Gülşən Rəsul