“İstiqlal Bəyannaməsi Ermənistan Respublikasının yaradılması üçün fundamental siyasi və hüquqi sənəddir”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Suren Surenyants çıxış edib.
Onun sözlərinə görə, Ermənistan konstitusiyasında sözügedən bəyannamənin çıxarılması Azərbaycanın illərdir təbliğ etdiyi siyasi narrativlərlə tamamilə üst-üstə düşür. “Paşinyanın bəyanatı, Bakının tələblərinin ictimai şəkildə legitimləşdirilməsindən başqa bir şey deyil”.
Surenyants həmçinin Ermənistan tərəfinin uzun illər işğalçılıqla məşğul olduğunu etiraf etdiyini də bildirib. “Paşinyan əslində Ermənistan-Azərbaycan münaqişəsinin münaqişə məntiqini Ermənistana aid edir. Başqa sözlə, Azərbaycan təbliğatının illərdir israr etdiyi şey indi Ermənistanın baş naziri tərəfindən səsləndirilir. Yəni, Ermənistan bu illər ərazində Azərbaycan torpaqlarını işğal edib”.
Fərda Uğur









