“Azərbaycan Ermənistana iyun ayına qədər saziş bağlamaqla bağlı vaxt verib”. Tribuna.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
O bilddirib ki, bu təsadüfi deyil və birbaşa Ermənistanın seçki təqvimi ilə bağlıdır. “Məqsəd seçkilərdən əvvəlki dövrdə daxili siyasi sahəyə təsir göstərməkdir”.
Surenyant vurğulayıb ki, seçkilərdən əvvəl sülh müqaviləsinin imzalanması mövcud hökumətə xarici siyasi dəstək və daxili legitimliyin əlavə resurslarını təmin edən “sülhməramlı” qüvvə kimi çıxış etmək imkanı verir. “Bu kontekstdə sülh prosesi təhlükəsizlik və dövlət maraqları sahəsindən çıxarılır və seçki texnologiyaları sahəsinə keçirilir”.
Amma erməni politoloq bəzi məqamlara diqqət çəkərək, Ermənistan üçün risklərin də olduğunu bildirib. “Əgər sülh müqaviləsi seçkilərdən əvvəl imzalanarsa, lakin sonradan konstitusiya dəyişiklikləri həyata keçirilməzsə və ya referendum baş tutmazsa, Azərbaycan daha əlverişli mövqe qazanır. Bu halda, Bakı Ermənistanın öz öhdəliklərini pozduğunu iddia edə bilər. Bu, Azərbaycana artıq hüquqi və siyasi əsaslandırmalarla beynəlxalq platformalarda yeni təzyiq mərhələsinə başlamaq imkanı verir”.
Fərda Uğur









