Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.
Tribuna.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.
Belə ki, 1954-cü il təvəllüdlü Kərimova Səidə Məhəmməd qızı yaşadığı mənzildə ölü vəziyyətdə aşkar edilib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.
Sənan Məmmədli









