Sumqayıtda suyun verilişində fasilə yaranacaq

Sumqayıtda suyun verilişində fasilə yaranacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Sumqayıtda suyun verilişində fasilə yaranacaq və bu, 25 min nəfərin yaşadığı əraziləri əhatə edəcək.

Tribuna.az xəbər verir ki, Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, Sumqayıt şəhərinin bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Buna səbəb şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləridir. İşlərlə əlaqədar olaraq 21 aprel 2026-cı il tarixində səhər saat 09:00-dan etibarən axşam saatlarınadək suyun verilişi dayandırılacaq.

Məhdudiyyət Sumqayıt şəhərinin 9, 10, 34, 40, 45 və 47-ci məhəllələrini, eləcə də 1, 2 və 4-cü mikrorayonların bəzi hissələrini əhatə edəcək. Bundan əlavə, 5, 6, 11, 12, 13 və 17-ci (9 mərtəbəli binalar) mikrorayonlarda da su təchizatında fasilə yaranacağı bildirilib.

Qurumdan qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa ediləcək. Əhaliyə əvvəlcədən ehtiyat su toplamaları tövsiyə olunur.