Bir neçə gün bundan əvvəl Azərbaycandan Ermənistana təhvil verilən məhbus Gevorq Sucyan getdikcə “dili açılmağa” başlayıb.
Tribuna.az xəbər verir ki, o, dünən daha bir açıqlama ilə çıxış edib.
İddia edib ki, guya, Azərbaycanda mühakimə olunan ermənilər “qanunsuz” və “zorla” saxlanılır. Ardından isə Ermənistan rəsmilərinə bildirib ki, beynəlxalq tədbirlərdə Prezident İlham Əliyevə təşəkkür etməməlidirlər. “Azərbaycan həbsxanalarında zorla və qanunsuz olaraq girov saxlanılan şəxslər olduğu halda, İlham Əliyevə minnətdarlığımı bildirməyim qəbuledilməzdir. Bu o deməkdir ki, mən İlham Əliyevin hər şeyi düz etməsini təsdiqləyirəm”.
P.S. Bakıda olarkən səsi çıxmayan, danışmağa belə cəsarəti olmayan Sucyanın indi “dil açması” anlaşılandır. Görünür o, özünü “qəhrəman” kimi göstərməyə çalışır. Amma hərəkəti Təbrizlilər demişkən “qoduqlanmaq”dan başqa bir şey deyil. Güneydə “qoduqlanmaq” sözü ortaya atılıb, özünü gözə soxanlar üçün işlədilən ifadədir.
Fərda Uğur









