“Stratfor”: “Yaxın 3 ayda Bakı və İrəvan quru sərhədləri aça və hava əlaqəsini bərpa edə bilər”

“Stratfor”: “Yaxın 3 ayda Bakı və İrəvan quru sərhədləri aça və hava əlaqəsini bərpa edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın nüfuzlu “Stratfor” Strateji Araşdırmalar Mərkəzi Azərbaycan-Ermənistan sülh danışıqları və Türkiyənin bu məsələdə rolu ilə bağlı yeni analitik yanaşmasını təqdim edib.

Tribuna.az xəbər verir ki, Mərkəz Ankaranın Bakını Yerevanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş əldə etməyə təşviq etməyə çalışacağını bildirib.

Həmin analitik yazıda qeyd edilir ki, bununla belə, konstitusiya çoxluğunun olmaması, bu prosesi məhdudlaşdıracaq və əsasən texniki məsələlərin həlli ilə nəticələnəcək. “Çox güman ki, Ermənistan Azərbaycanın Konstitusiya dəyişiklikləri ilə bağlı tələblərini yerinə yetirməyəcək. Cənubi Qafqazda Rusiyanın təsirinin zəifləməsindən yararlanmağa çalışan Türkiyə yaranmış vəziyyətdən istifadə etməyə cəhd edə bilər: o, Azərbaycanı Paşinyanın yenilənmiş mandatını sülh müqaviləsinin imzalanmasına doğru irəliləmək imkanı kimi dəyərləndirməyə, eyni zamanda Ermənistanın Əsas Qanununa dəyişiklik edilməsi tələbini təxirə salmağa təşviq edə bilər”.

“Stratfor” daha sonra yazıb: “Alternativ ssenariyə görə, Yerevan, Bakı və Ankara bu rübü hətta Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanmadan ayrı-ayrı sərhəd-keçid məntəqələri, quru və hava marşrutları, eləcə də tranzit əlaqələr üzərində işləri genişləndirmək üçün istifadə edə bilərlər. Bu, münasibətlərin nizamlanması prosesinin dinamikasını saxlamağa imkan verəcək”.

Fərda Uğur