“Ukraynaya daha ciddi dəstək verməmək böyük səhv idi”.
Tribuna.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib.
“Yardım 2014-cü ildə başlamalı idi. Belə olsa, Ukrayna ərazilərinə daha yaxşı nəzarət edə bilərdi”, – o qeyd edib.
Sabiq baş katib yardım sayəsində Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı hücumunun da qarşısını ala biləcəyinə inandığını deyib.
Sənan Məmmədli









