Spikerdən etiraf: “Azərbaycanın 110 kv.km ərazisi bizim nəzarətimizdədir”

Spikerdən etiraf: “Azərbaycanın 110 kv.km ərazisi bizim nəzarətimizdədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spiker Alen Simonyan verdiyi açıqlamasında bir sıra etiraflar edib.

Tribuna.az xəbər verir ki, o, Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiklərini deyib.

Simonyanın sözlərinə görə, bu gün Ermənistanın 210 kv.km ərazisi Azərbaycan Ordusunun nəzarəti altındadır. “Bu məsələni demarkasiya ilə həll edəcəyimizə əminəm. Lakin nəzərə alaq ki, 90-cı illərdən bəri Ermənistan da Azərbaycan ərazilərinə daxil olub və bu gün də əlində saxlayır. Hazırda 110 kv.km Azərbaycan ərazisi bizim əlimizdədir. Xüsusən Tavuş itsiqamətində”.

Fərda Uğur