“Space”in yeni rəhbəri kimdir? – Dosye

“Space”in yeni rəhbəri kimdir? – Dosye

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Space” televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində (XİN) başlayıb.

O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə, daha sonra İTV və AzTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb.

Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Sənan Məmmədli