Soqomonyan: “Belə davam edərsə, dövlət olaraq yox olacağıq”

Soqomonyan: “Belə davam edərsə, dövlət olaraq yox olacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Azərbaycan, Ermənistan və ABŞ-ın iştirakı ilə TRİPP layihəsi artıq reallaşmaq üzrədir.

Tribuna.az xəbər verir ki, Ermənistanda, əsasən Rusiyaya bağlı qüvvələrin haray-həşiri yatmaq bilmir.

Onlardan biri, siyasətçi Menua Soqomonyan iddia edib ki, TRİPP layihəsinə qarşı olsa da, reallaşarsa bəzi addımlar atılmalıdır. “TRIPPlayihəsində iştirakla yanaşı, baş verə biləcək hadisələrə veto hüququmuz olmalıdır”.

Onun sözlərinə görə, bu gün Ermənistan masadadır. “Başımıza nə gələcək bilmirik. Belə davam edərsə, dövlət olaraq yox ola bilərik”.

Lakin ekspert Yuri Movsesyan bir qədər başqa fikirdədir. O hesab edir ki, Ermənistanda TRİPP əleyhinə çıxış edənlər Rusiyanın maraqlarına xidmət edirlər. “TRIPP bir çox ölkələr üçün çox ciddi əhəmiyyət kəsb edir və bu, sırf erməni-amerikan layihəsidir. Rusiya tərəfi bunu nüfuzdan salmaq və reallığa çevrilməsinin qarşısını almaq üçün hər şeyi edəcək”.

Fərda Uğur