Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları başlayıb. Şəhərin müxtəlif hissələrində toplaşan etirazçılar tanınmış iş adamı Samvel Karapetyanın azadlığa buraxılmasını tələb edirlər.
Tribuna.az xəbər verir ki, yüzlərlə insan paytaxtın mərkəzi küçələrinə çıxaraq şüarlar səsləndirir və hakimiyyətdən Karapetyanla bağlı qərarın yenidən nəzərdən keçirilməsini istəyir.
Etirazçılar onun həbsinin siyasi motivli olduğunu iddia edir və dərhal azadlığa buraxılmasını tələb edirlər.
Hazırda İrəvanın mərkəzi hissələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Polis əməkdaşları aksiyanın keçirildiyi ərazilərdə nəzarəti artırıb. Hələlik mitinqlərin hansı istiqamətdə inkişaf edəcəyi və nə qədər davam edəcəyi barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Samvel Karapetyanın həbsi Ermənistanda ciddi rezonans doğurub. Bir sıra ictimai qruplar və tərəfdarları bu qərara etiraz edərək aksiyaların davam etdiriləcəyini bildirirlər.
Nigar İxtiyarqızı









