“Soft Tekstil” gömrük qaydalarını pozdu, cərimələndi

“Soft Tekstil” gömrük qaydalarını pozdu – Cərimə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soft Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Tribuna.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddiası ilə irəli sürülüb və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə “Soft Tekstil” MMC İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və hüquqi şəxs qismində 1500 manat məbləğində inzibati cərimə olunub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Soft Tekstil” MMC-nin qanuni təmsilçisi Hüseynov Saleh Fazil oğludur.