SOCAR ticarət şirkətinə çevrilib – İqtisadçı

SOCAR ticarət şirkətinə çevrilib – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın maliyyə hesabatındakı rəqəmlərə baxanda onun artıq hasilat şirkətindən daha çox bir treyder şirkəti olduğu görünür.
Satış dövriyyəsinin 70%-dən bir qədər çoxu neft-qaz ticarətinin payına düşür.


Tribuna.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib. O qeyd edib ki, 2024-cü ildə 84,7 mlrd. manatlıq ümumi satış dövriyyəsinin 59,7 mlrd. manatı ticarət seqmentində formalaşıb:

“Özünün əsas profili olan hasilat və emaldakı dövriyyəsi 18,6 mlrd. manat olub.
Treyder kimi satış dövriyyəsinin təxminən 85%-i (50,3 mlrd. manat) İsveçrədə, 14%-i (8,4 mlrd. manat) Birləşmiş Ərəb Əmirliyində formalaşır.
Ümumilikdə bütün dövriyyənin cəmi 9,5%-i (8,1 mlrd. manat) Azərbaycanın daxilində yaranır.

Belə şəraitdə SOCAR-ın maliyyə hesabatında açıqlanması vacib olan bir məlumat var ki, onu açıqlamır: şirkətin əldə etdiyi xalis mənfəətin ölkələr üzrə bölgüsü.

Əgər ümumi satış dövriyyəsinin həcmi, uzunmüddətli aktivlərin dəyəri ölkələr üzrə açıqlanırsa, əldə olunan xalis mənfəət niyə eyni qaydada açıqlanmamalıdır?

Hansı ölkədə mənfəət və ya zərərlə işlədiyi bilinməlidir”.

Gülşən Rəsul