Şirvanda 8 kq narkotik aşkarlandı – Video

Şirvanda 8 kq narkotik aşkarlandı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.

Tribuna.az DİN-in Mətbuat xidmətinin regional qrupuna istinadən xəbər verir ki, ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sənan Məmmədli