Şirqulaminin “şir”liyi: “İran Zəngəzur dəhlizinin açılmasına dözməyəcək”

Şirqulaminin “şir”liyi: “İran Zəngəzur dəhlizinin açılmasına dözməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, dəhlizdir, yoxsa sadəcə bir yoldur? Düşünürəm ki, bizim baxışımız Ermənistanın baxışı ilə eynidir”.

Tribuna.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlill Şiqrulami deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi İran üçün məqbul deyil. “Bəzilərinin izlədiyi dəhliz ideyası suverenlik məsələsində müəyyən güzəştləri nəzərdə tutur ki, bu da Ermənistan və İran üçün də məqbul deyildi”.

Səfir daha sonra iddia edib ki, Zəngəzur dəhlizi termini guya, “süni”dir. “Zəngəzur dəhlizi termini sünidir. İran belə bir dəhlizin açılmasına dözməyəcək”.

İranlı diplomat sonda bildirib ki, İran Paşinyanın təklif etdiyi layihəni dəstəkləyir: “Biz Ermənistanın maraqlarını təmin edə biləcək “Sülhün Kəsişməsi” adlı layihəni dəstəkləyirik”.

Fərda Uğur