İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Azərbaycanla bağlı açıqlama verib. Tribuna.az xəbər verir ki, o, Naxçıvana edilən PUA hücumunu inkar edib.
Şirqulami deyib ki, İran tərəfindən Naxçıvana heç bir hücum olmayıb. “İranın Azərbaycan ərazisinə hücum etmək üçün heç bir səbəbi yoxdur. Əgər İran həqiqətən belə bir qərar versəydi, zərbə yüksək dəqiqliklə həyata keçirilər və hədəfinə çatardı”.
Səfir bununla əlaqədar onu da bildirib ki, Naxçıvan istiqamətindəki insidentlə bağlı bütün detallar guya, aydın deyil.
İranlı diplomatın iddiasına görə, Azərbaycanın məsələyə reaksiyası qeyri-mütənasibdir. “Bu reaksiyadan sonra İran Ordusuna Azərbaycana daha ehtiyatlı davranmağı tapşırıb. Eyni zamanda, Azərbaycan da öz ərazisindən İrana qarşı mümkün hücumlar üçün istifadə olunmasına icazə verməməlidir”.
Fərda Uğur









