“Ermənistanın enerji sektorunda unikal tranzit mərkəzinə çevirmək potensialı var”.
Tribuna.az xəbər verir ki, bu fikri İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib.
O detallara varmayacağını bildirib. Ardından isə qeyd edib ki, Ermənistan və İran arasında enerji sektorunda müxtəlif müzakirələr aparılır. “Bu müzakirələr və ideyalar qaz və enerji sektorları, nəqliyyat və tranzit, eləcə də neft məhsulları sektorunda əməkdaşlıq məsələləri ilə bağlıdır”.
Şirqulami daha sonra vurğulayıb ki, TRİPP layihəsi ilə bağlı İrəvandan təminat alıblar. “Ermənistan TRIPP layihəsinin İran üçün heç bir təhlükə yaratmayacağına zəmanət verib”.
Fərda Uğur









