Siqaretdən də təhlükəli ola bilər: ürək xəstəliklərinin gizli riskləri açıqlanıb

Siqaretdən də təhlükəli ola bilər: Ürək xəstəliklərinin gizli riskləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava çirklənməsi və səs-küy ürək-damar xəstəlikləri riskini artırır

Hava çirklənməsi, səs-küy və iqlim dəyişikliklərinin nəticələri ürək-damar xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Tribuna.az xəbər verir ki, bu nəticəyə dünyanın aparıcı kardioloji təşkilatlarının ekspertləri gəlib. Araşdırmanın nəticələri Circulation jurnalında dərc olunub.

Mütəxəssislər bildirirlər ki, ətraf mühitin ürək sağlamlığına təsiri siqaret çəkmə, yüksək xolesterin və hipertoniya kimi faktorlar qədər ciddi nəzərə alınmalıdır. Müəlliflərin hesablamalarına görə, ekoloji faktorlar hər il 13 milyondan çox ölümlə əlaqələndirilir.

Söhbət təkcə çirkli havadan getmir. Ürək-damar sisteminə həmçinin şəhərlərdə davamlı səs-küy, gecə işıq çirklənməsi, kimyəvi maddələr, su və torpağın keyfiyyətinin pisləşməsi, eləcə də iqlim dəyişiklikləri səbəbindən getdikcə daha tez-tez baş verən ekstremal istilər və meşə yanğınları da təsir edir.

İmran Kərimli