Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə barəsində qərar verib.

 Tribuna.az APA-ya istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində onunla bağlı təqdimata baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, yeniyetmə barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.

Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.