Ermənistan parlamentinin gələcək spikeri Ruben Rubinyan hələ seçilməyib, amma Alen Simonyanın kadrları artıq çantalarını yığışdırırlar.
Tribuna.az “Hraparak” nəşrinə istinadla bu xəbəri yayıb. Rubinyanın öz adamlarını gətirəcəyini eşitdikləri üçün könüllü getməyə qərar veriblər. Simonyanın dostu Davit Arakelyanın yerinə Ruben Rubinyanın dostu, onun müşaviri, İrəvan Ağsaqqallar Şurasının üzvü və Malatiyanın keçmiş rəhbəri Arman Barxudaryan gətiriləcək. O vaxt ona qarşı mənimsəmə ittihamı ilə cinayət işi açılmışdı.
Qeyd edək ki, Simonyan mandatından imtina edib. Son çıxışında partiyanın qərarına hörmətlə yanaşdığını desə də, incikliyi hiss olunur. Manatdan imtinası da göstərir ki, Simonyanla Paşinyan arasında ciddi problem yaşanıb.
Həsən Ağa









