“Ermənistanın təhlükəsizliyinin qarantı Azərbaycandır, Azərbaycanın isə Ermənistandır”.
Tribuna.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan səsləndirib.
O bildirib ki, dünyanın hər yerində münaqişələr qızışdığı bir vaxtda, Azərbaycan və Ermənistan bir yerdə hərəkət etməklə güclənir. “Dünyanın hər yerində yeni, davam edən və dərinləşən müharibələr baş verdikdə, Ermənistan və Azərbaycan indi gücləndirməli olduğumuz bir nöqtəyə çatıblar”.
Simonyan onu da qeyd edib ki, bir çox qüvvələr Ermənistan və Azərbaycanı bir-birinə qarşı hərbi əməliyyatlara cəlb etməyə çalışır.
Sənan Məmmədli









