Si Cinpin İrana hərbi texnika verməyəcəyini vəd edib

Si Cinpin İrana hərbi texnika verməyəcəyini vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin sədri Si Cinpin Pekinin İrana hərbi texnika tədarük etməyəcəyini vəd edib.

Tribuna.az-ın xəbərinə görə, “Fox News” telekanalına müsahibəsində Tramp deyib ki, bu məsələ Si Cinpinlə danışıqlarda müzakirə olunub.

“O dedi ki, hərbi texnika tədarük etməyəcək. Bu, çox ciddi bəyanatdır”, – deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib ki, Çin eyni zamanda İrandan neft almağa davam etmək niyyətindədir.