“Şeytan Briqadası”na qarşı “Qüds qoşunları”: İran necə hazırlaşır?

“Şeytan Briqadası”na qarşı “Qüds qoşunları”: İran necə hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür ABŞ-ın İrana qarşı quru əməliyyatına başlayacağı barədə geniş müzakirə gedir.

Tribuna.az xəbər verir ki, son bir neçə gündə ABŞ Yaxın Şərqə 50 min əsgər toplayıb.

Xüsusi təyinatlı bu hərbi birləşmələrin hansı istiqamətdən İrana daxil olması isə hələlik məlum deyil. Lakin məlum olan odur ki, ABŞ Yaxın Şərqə əlavə A-10 hücum təyyarələri göndərir. Dünən 12 təyyarə Lakenheath bazasına çatıb, daha 6-sı isə yoldadır.

Qeyd edək ki, A-10-lar piyada və zirehli hədəflərə qarşı effektivdir. Əsasən quru əməliyyatlarından əvvəl ərazinin atəşlə təmizlənməsi üçün istifadə olunur. Bu, təyyarələrin bölgəyə gəlişi quru əməliyyatları ilə bağlı qəti qərarın verilməsi deməkdir.

Təbii ki, İran da boş oturmayıb. Onlar da quru qoşunlarını cəmləşdirərək, döyüşlər üçün hazır vəziyyətə gətirməyə çalışırlar. 1 milyon nəfər üçün səfərbərliyin edilməsi də bununla bağlıdır. Lakin ABŞ-dan fərqli olaraq, İranın bir neçə çətinliyi var. Birincisi, müharibənin əvvəllərində SEPAH-da qulluq edən zabit və əsgərlər qaçaraq, hərbi hissələri tərk ediblər. İkincisi, SEPAH-ın heç də bütün qüvvəsi səmimi qəlbdən döyüşüb, döyüşməyəcək məlum deyil.

Amma hazırda İranın əlində ABŞ dəniz pişikləri və “Şeytan briqadası” ilə döyüşəcək qüvvələr var. Daha doğrusu, İran rejiminin əsas dayaqları olan “Xatəm əl-Ənbiya” və “Qüds qoşunları” ABŞ ordusunun başağrısına çevrilə bilər. Onlar Yaxın Şərqdə aktiv döyüşlərin iştirakçılarından təşkilolunub ki, bu da təcrübəli olmaları anlamına gəlir.

Fərda Uğur