Şərurlu İsfəndiyar  Mehdiyevə görə həbs oluna bilər

Şərurlu İsfəndiyar Mehdiyevə görə həbs oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qazıyeva ekspert rəyini yazılı şəkildə məhkəməyə təqdim edib.
Eyni zamanda, vəkil rəyin qərəzli olduğu məhkəməyə bildirib: “AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırkı direktoru 2021-ci ildə təyin olunub. Həmin dövr ərzində AMEA-nın prezidenti, Dilçilik İnstitutunun direktoru və təqsirləndirilən şəxs arasında “Bermud üçbucağı” kimi əlaqəsi olub. Düşünürəm ki, rəy qərəzlidir. Həmin rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm. Yazılı şəkildə etirazı bildirmək üçün məhkəmədən vaxt istəyirəm”.
Xatırladaq ki, AMEA-nın sözügedən dövrdə prezidenti Ramiz Mehdiyev olub. Ramiz Mehdiyev hazırda xüsusilə ağır cinayət əməllərinə görə, 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Tribuna.az məlumat verir ki, Şərurlu İsfəndiyar Mehdiyev işi üzrə istintaqa cəlb oluna bilər. Mediada gedən xəbərlərə görə, Mehdiyev Axundovun tikinti maqnatı olmasına dəstək verib və onu himayə edib.

Həsən Ağa