Sertifikatsız həkim işlədirmişlər – Klinika cərmələndi (Video)

Sertifikatsız həkim işlədirmişlər – Klinika cərmələndi (Video)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda seartifikatsız həkim işlədən “Cahangir-2020 Lor Center” adlı klinika cərimələnib.

Tribina.az xəbər verir ki, eyni zamanda həkim haqqında da tədbir görülüb.

Məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsi MMC-də yoxlama aparıb.

Özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı həkim Nurlan Bəylərovun sertifikatsız praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

“Cahangir-2020 Lor Center” MMC-dən bildirilib ki, özəl klinikanın bəlli sayda həkimi var. Nurlan Bəylərov 2021-ci ildə təhsilini bitirib və 2022-ci ildə diplom alıb. Həkimlər də məhz 5 ildən bir sertifkasiyaya cəlb olunmalıdır. Klinakada olan həkimlərin hamısı birlikdə sertifikasiyadan keçməyə göndərilib.

Lakin Səhiyyə Nazirliyindən bildirilib ki, Nurlan həkimə hazırda ehtiyac yoxdur, o 2027-ci ildə sertifikasiyadan keçməlidir.

Klinikadan əlavə edilib ki, sadəcə anlaşılmazlıq olub, amma adıçəkilən həkim də baş verənlərə görə işdən uzaqlaşdırılıb.

Daha ətraflı “Xəzər TV”nin süjetində: