Şəriətmədari qonşu ölkələrə ərazi iddiasından əl çəkmir

Şəriətmədari qonşu ölkələrə ərazi iddiasından əl çəkmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keyhan” qəzetinin baş redaktor Hüseyn Şəriətmədari  növbəti dəfə qonşu ölkələrə ərazi iddiası irəli sürüb.

Tribuna.az xəbər verir ki, bu dəfə o, Bəhreyini hədəfə alıb.

Şəriətmədari yazıb ki, guya, Bəhreynin vaxtilə İranın tərkib hissəsi olub. “Məhəmməd Rza şahın dövründə Böyük Britaniya və ABŞ-nin dəstəyi ilə İrandan ayrılıb. Bu gün Bəhreyn xalqı İrana birləşməyə can atır. Buna laqeyd qala bilmərik. İran Bəhreyn xalqını hakimiyyətin əlindən xilas etməlidir”.

Xatırladaq ki, təkcə, Şəriətmədari deyil, SEPAH-a bağlı bir çoxları qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Bu iddialar arasında Azərbaycan da var. Mühafizəkar qanadın təmsilçiləri o fikirdədirlər ki, Azərbaycan guya, İranın “tarixi ərazisi”dir və onu “birləşdirmək” lazımdır.

Fərda Uğur