Son zamanlar Ermənistana sığınmış separatçılar ərb mətbuatına yol taparaq, orada özlərinin zəhərli fikirlərini yaymaqla məşğuldurlar.
Tribuna.az xəbər verir ki, keçmiş deputat Arman Tatoyan bir neçə gün əvvəl “Vaşinqton Post” qəzetində çıxış edib.
O, ABŞ prezidenti Donald Trampa müraciət edərək, Azərbaycana təzyiq göstərməsini, habelə ermənilərin Qarabağa qayıtmasında yardımçı olmasını xahiş edib.
Dünən isə bir digər separatçı Artak Beqlaryan İslandiyanın “Morgunblaðið” qəzetində məqalə ilə çıxış edib. “Etnik təmizləmə”dən tutmuş, bir sıra böhtanlarla çıxış edən separatçı, iddia edib ki, onların əsas hədəfi Qarabağa qayıtmaqdır. “Bizim əsas tələbimiz Qarabağa geri qayıtmaqdır. Başqa heç bir şərti qəbul etməyəcəyik”.
Fərda Uğur









