Separatçılardan yeni həyasızlıq: “Onlar əsir kimi saxlanılıb”

Separatçılardan yeni həyasızlıq: “Onlar əsir kimi saxlanılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Qarabağda yaşayan 10 erməni və bir rus əsilli şəxs Ermənistana köçmək üçün rəsmi Bakıya müraciət etmişdi.

Tribuna.az xəbər verir ki, Azərbaycan tərəfi də onların müraciətini müsbət dəyərləndirərək, arzularınıə yerinə yetirib.

Nəticədə, Qarabağda qalmış sonuncu 10 erməni Ermənistana köçürülüb. Hazırda onlar Gorus və İrəvanda saxlanılırlar.

Amma buna baxmayaraq, separatçılar Azərbaycana qarşı böhtan kampaniyası aparırlar. Bir vaxtlar Qarabağda silahlı dəstə yaradaraq, etiraz aksiyası keçirən Azərbaycan QHT-lərinin üzərinə gəlməyə çalışan separatçı Tiqran Petrosyan hədyan və yalan danışıb. O iddia edib ki, guya, son 4 ay ərzində Qarabağda qalan insanlar müstəmləkə şəraitində, “Dghiak” kompleksində saxlanılıblar. “Onlara hərəkət etmək qadağan edilib, yəni son aylarda əsir kimi saxlanılıblar. Deportasiya zamanı isə onlara hara aparıldıqları belə deyilməyib. Həkəri körpüsünə gətirilib, orada sənəd imzalamağa məcbur edilib, ermənilərə təhvil verilib”.

P.S. Bu erməni həyasızlığının piklərindən biridir.

Fərda Uğur