Separatçılar qaçarkən 20 milyardı “fırladıblar”

Separatçılar qaçarkən 20 milyardı “fırladıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaxtıyla Qarabağda özlərinə şərait qurmuş, bank açmış separatçılar aradan çıxdıqdan sonra yeni detallar məlum olub.

Tribuna.az xəbər verir ki, həmin detalları elə özləri, özünü qondarma “dqr”in “dövlət naziri” kimi sırıyan Njde İsgəndəryan ortaya töküb.

O bildirib ki, Xankəndidə bir zamanlar fəaliyyət göstərmiş “Artsaxbank”ın “icraçı direktoru” Artak Balayan böyük məbləğdə pulları götürərək, Ermənistana qaçıb. Onun sözlərinə görə, Arayik Harutyunyanın yaxın adamı olan Balayan “bankın” 20 milyard dramını (55 milyon dollar) özünə götürərək, bu barədə heç bir hesabat verməyib. “Biz 20 milyard dramdan çox vəsaitin idarə olunmasında iştirak edə bilmirik. Təkcə 2024-cü ildə mənfəət 1 milyard 400 milyon dram təşkil edib”.

Fərda Uğur