Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl özünü “parlamentin sədri” kimi təqdim edən separatçı Aşot Danelyan istefa verib.
Tribuna.az xəbər verir ki, onun gedişindən sonra digər separatçılar bir araya gəliblər.
Qondarma “dövlət naziri” Njde İsgəndəryan bildirib ki, yeni “spiker” seçmək üçün məsləhətləşməyə başlayıb. “Hazırda kimin “namizədliyi” üzərində dayanılacağı məlum deyil”.
Lakin erməni mediası yazır ki, Paşinyan hökuməti separatçıların özlərinə yeni “spiker” seçməsinə imkan verməyəcək. Bunun üçün hətta bir çox “deputat”lara xəbərdarlığın edildiyi də bildirilir.
Fərda Uğur









