Separatçılar didişirlər: Akopyanla Babayan “deyişmə”yə çıxıb

Separatçılar didişirlər: Akopyanla Babayan “deyişmə”yə çıxıb 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə vaxtıyla Qarabağda terrorçuların nümayəndəsi olmuş, hazırda da separatçılıqla məşğul olan Samvel Babayan bəzi açıqlamalar verib.

Tribuna.az xəbər verir ki, o, Xankəndidə olarkən separatçıların bəzi səlahiyyətlərini istədiyini, lakin ona verilmədiyini deyib.

Bundan başqa, o, Ermənistandan separatrçıların rəhbərləri üçün helikopter göndərildiyi, amma onların bundan imtina etdiyini də deyib.

Bunlara cavab olaraq, separatçı Metaxe Akopyan isə Babayanı təkzib edib. O bildirib ki, Samvel Babayanla sonuncu dəfə 2023-ci ildə Xankəndidə görüş keçirilib. “Ona “Qarabağın prezidenti”nin səlahiyyətlərinin bir çoxunun verilməsi təklif edildi. Hətta Samvel Şahramanyan israrla onu bu məsələdə razı salmağa çalışdı. Lakin o, bundan imtina etdi”.

Akopyan həmçinin helikopter mövzusuna da toxunub. “Nikol Paşinyanın Qarabağın hərbi “rəhbərliyi” üçün vertolyot göndərdiyi, lakin onların Ermənistana gəlməkdən imtina etdiyi barədə deyilənlər yalandır”.

Fərda Uğur