Separatçılar ağlaşma qurublar

Separatçılar ağlaşma qurublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 2-də qondarma “dqr”in “müstəqillik günü” ilə bir araya gəlməyə çalışan separatçılar İrəvanda kiçin bir-iki tədbirlə kifayətlənməli olublar.

Tribuna.az xəbər verir ki, əvvəlcə Erablur Pantionuna gedən bir qrup separatçı, orada Azərbaycana qarşı işğalçı müharibə zamanı ölənləri siyarət ediblər.

Bunun ardından isə İrəvandakı kilsəyə toplaşaraq, sülh duaları oxumağa başlayıblar. Onları erməni katalikosu II Qaregin müşayət edib.

Qeyd edək ki, separatçılar sonda İrəvandakı “qərargah”larına yığşaraq, orada yas mərasimi qurublar.

Qondarma “dqr”in qondarma “spiker”i Qaqik Bagunts isə deyib ki, Qarabağ məsələsini gündəmdə saxlamalıdırlar. “Amma bu gün Ermənistanın təhlükəsizliyinə təhdidləri nəzərə alaraq addımlarımızı hesablamalıyıq”.

O vurğulayıb ki, “deputat”ların toplaşmadığı, kvroumun alınmadığına dair məlumatlar yalandır. “Belə problem yoxdur”.

Fərda Uğur