Separatçı yenə ulaşırlar: Beqlaryanın “kor ərəbin mahnısı”

Separatçı yenə ulaşırlar: Beqlaryanın “kor ərəbin mahnısı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə formalaşan və Azərbaycanda yayılan ermənifobiyası Ermənistan dövlətçiliyi üçün təhlükə yaradır”.

Tribuna.az xəbər verir ki, bu sərsəmləmə ilə separatçı Artak Beqlaryan çıxış edib.

O iddia edib ki, təkcə Qarabağa qayıtmaq hüququ məsələsini deyil, həm də vaxtıyla Azərbaycanda yaşamış ermənilərin geri qayıtmaq hüququ məsələsini qaldırmalıdırlar. “Onlar geri qayıdıb-qayıtmamaq barədə qərar verməlidirlər və bu məqsədə çatmaq üçün şərait yaradılmalıdır”.

Beqlaryan azərbaycanlıların Ermənistana qayıtmaq məsələsində isə “burcudur”. O deyir ki, guya, Azərbaycan hakimiyyəti bu məsələdən sui-istifadə edir. “Deportasiya edilmiş və ya köçürülmüş azərbaycanlıların qayıtması məsələsi Azərbaycan hakimiyyəti tərəfindən istismar olunur və onlar bununla Ermənistanın mövcud hakimiyyətini qorxutmağa çalışırlar”.

Fərda Uğur