İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yeni Ali Rəhbər Seyid Müctəba Xameneiyə sədaqət andı içib.
Tribuna.az bu barədə İranın “Tasnim” xəbər agentliyinə istinadən bildirir.
Məlumata görə, bununla bağlı yayılan bəyanatda SEPAH-ın Xameneinin göstərişlərinə əməl etməyə hazır olduğu vurğulanıb.
Bəyanatda deyilir ki, Müctəba Xameneinin seçilməsi İslam Respublikasında yeni bir şəfəq və yeni bir dövrün başlanğıcını göstərir:
“Ekspertlər Şurası tərəfindən seçilən şəxsə hörmətimizi, sədaqətimizi və itaətkarlığımızı bəyan edirik”.
Qeyd edək ki, Müctəba Xamenei İranın üçüncü Ali Rəhbəri olub.
Mustafa Xamenei 1969-cu ildə İranın Məşhəd şəhərində anadan olub. İranın sabiq Ali Rəhbəri Əli Xameneinin ikinci övladıdır.
İlahiyyat təhsili alıb, Qumdakı dini mərkəzdə dərs deyib.
Sənan Məmmədli









