İranın əsas hərbi qüvvəsi olan SEPAH dünən Küveytin Bubiyan adasını ələ keçirib.
Tribuna.az xəbər verir ki, hadisə dünən baş verib.
Belə ki, SEPAH özünün elit briqadalarından birini sözügedən adaya çıxararaq, orada qərarlaşmaq qərarına gəlib.
Hadisə Yaxın Şərq ölkələri arasında ciddi narazılığa səbəb olub. Küveyt XİN-i İranın bu ölkədəki səfirini dərhal çağıraraq, nota təqdim edib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed isə hadisəni kəskin pisləyib. O qeyd edib ki, SEPAH üzvləri qonşu ölkənin ərazisinə terrorçu plan həyata keçirmək məqsədilə soxulublar.
Qeyd edək ki, İran Fars körfəzindəki bir çox ölkələrin ərazisinə iddia edir. Rəsmi Tehran Küveyt, BƏƏ və Omana məxsus adaların ona aid olduğunu bildirir. Bəhreyini isə ərazi olaraq özünkü bilir.
Fərda Uğur









