SEPAH-ın keçmiş komandanından Azərbaycana qarşı həyasızlıq

SEPAH-ın keçmiş komandanından Azərbaycana qarşı həyasızlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar SEPAH-a bağlı media və şəxslərin Azərbaycan əleyhinə bəyanatları artmağa başlayıb.

Tribuna.az xəbər verir ki, İran meddiasına geniş çıxış imkanları olan bu qruplar əsassız ittihamlarla çıxış etməklə yanaşı, böhtan və yalan xəbərlər yaymaqdan da çəkinmirlər.

Ötən gün “İran 24” TV-yə açıqlama verən SEPAH-ın sabiq komandiri, anti-Azərbaycan mövqeyi ilə tanınan Mənsur Həqiqətpur yenə əleyhimizə danışıb. O. Zəngəzur dəhlizi məsələsinə toxunaraq, onu kiçik məsələ hesab edənləri sadəlöhv addlandırıb. Həmçinin bildirib ki, İran dəhlizdə mütləq pay sahibi olmalıdır. “İrana pay verilməsə, biz alternativ planlar hazırlamalıyıq”.

SEPAH-ın sabiq rəhbəri deyib ki, Zəngəzur dəhlizi İranın Avropaya və Ermənistana çıxışını kəsəməyəcək. “Bizim Avropaya çıxışımız üçün bir çox yollarımız var. Habelə, bizim Ermənistanla sərhədimizin kəsiləcəyi halda, bunu başqa bir yol ilə əvəz etmək üçün alternativimiz mövcuddur”.

Bunun ardından Həqiqətpur  İran prezidenti Məsud Pezeşkian və oğlu Yisif Pezeşkianı da ittiham edib və onları separatçı adlandırıb. “Pezeşkianın oğlu Yusifin fikirlərini və ideyalarını qəbul etmirik. Bu fikirlərin pantürk hərəkatına daha uyğun olduğunu düşünürük”.

Amma Həqiqətpur bununla da kifayətlənməyib və Azərbaycana böhtan atmağa çalışıb. O bildirib ki, guya, Azərbaycanda İsrail “hərbi baza”larının olmasına dair əvvəldən məlumatları olub.  “Bizim daha öncədən Azərbaycanda İsrail bazalarının olmasından xəbərimiz var idi. İllər əvvəl İsfahanın hava məkanında və Nətənzdə “Hermes” dronu İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilib. Bu PUA-nın Qarabağda ermənilər tərəfindən zərərsizləşdirildiyi də bildirilib. Xəzər dənizi üzərində “Hermes” dronuna aid olduğu bildirilən dalğalar da müəyyən edilib. Bizim son qənaətimiz odur ki, həmin dron Azərbaycandan buraxılıb”.

Fərda Uğur