Təbrizdə SEPAH əməkdaşları şəhər sakinlərinə qarşı zorakılıq etməyə başlayıb. Tribuna.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Orada bildirilir ki, onlar küçədə insanları təhqir edir, hətta dəyənəklə vurmaqdan belə çəkinmirlər.
Dünən isə şəhərdə insident yaşanıb. Belə ki, SEPAH hərbçiləri 15 yaşlı oğlanı küçənin ortasında vəhşicəsinə döyüblər. Uşağın hansı səbəbdən döyüldüyü məlum deyil. Lakin hadisə qalmaqala səbəb olub. Ətrafdakı insanlar məsələyə müdaxilə edərək, uşağı hərbçilərin əlindən alıblar.
Fərda Uğur









