SEPAH dünən bəyanat yayaraq, ABŞ-a xəbərdarlıq edib.
Tribuna.az xəbər verir ki, hərbi birlik qarşı tərəfi bölgədəki ABŞ-la əlaqəli neft infrastrukturuna hücum etməklə hədələyib.
Belə ki, SEPAH-ın Xatəm əl-Ənbiya ordusunun rəmisi bəyan edib ki, İranİın neft, iqtisadi və enerji infrastrukturuna hücum halında, “regiondakı Amerika səhmlərinə malik və ya ABŞ ilə əməkdaşlıq edən neft şirkətlərinə məxsus bütün neft, iqtisadi və enerji infrastrukturuna” hücum ediləcək.
Fərda Uğur









