SEPAH əsgərləri niyə qaçırlar?

SEPAH əsgərləri niyə qaçırlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsrailin İrana hücumundan sonra SEPAH-ın hərbi hissələrində xaos yaşanır. Tribuna.az xəbər verir ki, əsgərlər xidmətdən boyun qaçıraraq, hərbi hissələri tərk edirlər.

Ötən gü Tehran metrosunda yüzlərlə hərbçinin təlaşlı şəkildə hərəkət etdiyi müşahidə olunub. Onlar digər sərnişinlərə bildiriblər ki, bombardmandan canlarını xilas edərək, qaçmaq məcburiyyətində qalıblar. Həmçinin ölmək istəmədiklərini də deyiblər.

Gələn son xəbərlərə görə, ABŞ və İsrail aviasiyası dünən Sənəndəc şəhərində SEPAH- məxusus böyük bir infrastrukturu məhv edib. Belə ki, şəhərdəki Kəşfiyyat İdarəsinin binası, hərbi hissə, silah anbarı və digər obyektlər sıradan çıxarılıb.

Fərda Uğur