Dünən SEPAH-ın Sahil Mühafizə Xidməti Fars körfəzində neftlə dolu daha bir gəmini saxlayıb.
Tribuna.az xəbər verir ki, gəmi Esvatini bayrağı altında üzürmüş.
Məlumata görə, gəmidə 13 heyət üzvü və 350 min litr yanacaq olub. SEPAH yükün qaçaqmal olduğunu iddia edib və onun müsadirə ediləcəyini bildirib.
Rəsmi açıqlamada deyilir ki, gəmidəki heyət üzvlərindən biri İranla qonşu ölkələrdən birinin vətəndaşıdır. Güman edilir ki, həmin şəxs Azərbaycan vətəndaşıdır. Çünki İran adətən Azərbaycan vətəndaşı olanda onu “qonşu ölkələrdən biri” kimi təqdim edir.
Fərda Uğur









