SEPAH-ın “Xatəm əl-Ənbiya” Briqadasının komandanlığı ətraf ölkələri hədələyən bəyanat yayıb. Tribuna.az xəbər verir ki, onlar qonşu ölkələrin neft və qaz sektorlarını vuracaqlarını bəyan ediblər.
Bəyanatda deyilir: “İran “kiçik” hücum halında belə bölgədəki neft və qaz obyektlərini yandıracaq”.
Bu gün isə “Fars News” agentliyi İrana qarşı mümkün hücum halında potensial “qanuni hədəf” kimi dəyərləndirilə biləcək bəzi xarici enerji infrastrukturlarının siyahısını yayımlayıb. Onlar aşağıdakılardır:
– Samarra Neft Emalı Zavodu (Səudiyyə Ərəbistanı);
– Əl-Hüsn Qaz Təsisləri və Sahəsi (BƏƏ);
– Əl-Cübeyl Neft-Kimya Zavodu (Səudiyyə Ərəbistanı);
– Q-Chem Neft-Kimya Zavodu və Musaid Chevrob Holding (Qətər);
– Ras Laffan Neft Emalı Zavodu (BƏƏ).









