Artıq bir neçə gündür İranda SEPAH və ona bağlı qüvvələrə silahlı hücumların sayı artmağa başlayıb. Tribuna.az xəbər verir ki, təkcə dünən ölkənin 4 əyalətində hücumlar çoxsaylı SEPAH əsgərinin ölümü ilə nəticələnib.
Belə ki, Zahedan-Fəhrac yolunda 3 SEPAH zabiti öldürülüb. Bununla paralel Kirman əyalətinin Fərəcah şəhərində də SEPAH bazasına silahlı hücum olub. Nəticədə iki SEPAH zabiti və iki polis öldürülüb. Bir neçə hərbçi isə yaralanıb.
İranşəhrdə SEPAH zabitlərini daşıyan maşına da silahlı hücum olub. Bir neçə zabit və hərbçinin öldüyü və yaralandığı bildirilir.
Yerli medianın yaydığı xəbərə görə, dünən Sistan və Bəlucistan əyalətlərində də qarşıdurmalar davam edir. SEPAH hərbçilərinə edilən hücum zamanı bir neçə hərbçi öldürülüb.
Gedişat belə deməyə əsas verir ki, İranda təkcə anti-SEPAH hərəkatı deyil, həm də vətəndaş müharibəsi başlayıb.
Fərda Uğur









