Respublikaçı konqresmen Kris Merfi Vaşinqton və Tehran arasında atəşkəs şərtlərini fəlakət adlandırıb.
Tribuna.az-ın xəbərinə görə, bu barədə Qərb mediası məlumat yayıb. “Bunlardan hər hansı birinin doğru olub-olmadığını kim bilir? Amma ən azından bu razılaşma İrana boğaz üzərində nəzarəti verirsə, bu, bütün dünya üçün bir fəlakətdir və ABŞ Prezidenti Donald Trampın müharibədən əvvəl nəzarətində olmayan həyati əhəmiyyətli bir su yolu üzərində İrana nəzarəti təmin edən hərbi əməliyyatdan bəri nə qədər irəlilədiyimizi görmək sadəcə heyrətamizdir”, – deyə Merfi CNN-ə bildirib.
Konqresmen həmçinin atəşkəs şərtlərinin həqiqiliyinə şübhələrini ifadə edərək, Vaşinqton və Tehranın razılaşmanı fərqli şəkildə şərh etdiyini qeyd edib.
Həsən Ağa









