ABŞ və İran arasında danışıqların Omanda keçiriləcəyi dəqiqləşdiryi bir vaxtda, rejim mənsublarından qəribə açıqlama gəlib.
Tribuna.az xəbər verir ki, həmin açıqlamada ABŞ-la müharibənin qaçılmaz olmasından bəhs edilir.
Belə ki, “Əl-Məyadin” kanalına açıqlama verən İranın dini rəhbərinin siyasi müşaviri Əli Şəmxani bildirib ki, bu gün diplomatiya yolu ilə məsələnin həlli üçün şans cüzidir. “ABŞ-la müharibə qaçılmazdır. Bu gün diplomatiya üçün az da olsa şans var. Lakin hərbi baxımdan müharibədən qaçmaq mümkün olmayacaq”.
Fərda Uğur









