Səlahiyyətsiz prezident: Pezeşkian istefaya göndərilə bilər?

Səlahiyyətsiz prezident: Pezeşkian istefaya göndərilə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda yaşanan son hadisələr fonunda isterika ilə yanaşı, rejimi qorumaq üçün kəskin addımların atıldığı daha çox diqqət çəkməyə başlayıb.

Tribuna.az xəbər verir ki, müharibə və Xamineyinin ölümündən sonra xeyli fəallaşan Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani bütün hakimiyyəti öz əlində cəmləməyə çalışır.

Hazırda İranda idarəçiliyi həyata keçirən Laricaninin bir sıra addımlar atdığı müşahidə olunur. Belə ki, o, müharibə şəraiti ilə əlaqədar SEPAH-ın bütün təlimatlarını özü verir. Genralitet üzərində hökmranlığını təmin edən Laricani, İran prezidenti Məsud Pezeşkianı da səlahiyyətsiz qoyub. Gələn xəbərlərə görə, prezidentin səlahiyyətləri əlindən alınıb. Hətta yaxın günlərdə onun istefaya göndərilməsi məsələsi də müzakirə mövzularındandır.

Fərda Uğur