Ali Milli Təhlükəsizlik Şurasının üzvü və İran prezidentliyinə keçmiş namizəd olan mühafizəkarların lideri Səid Cəlili vəzifəsindən azad edilib.
Tribuna.az xəbər verir ki, məlumatı “Aftab News” saytı yayıb.
Məlumatda deyilir ki, o, Ali Milli Təhlükəsizlik Şurasının tərkibindən çıxarılıb. Onun yerinə İran xarici işlər nazirinin keçmiş müavini Əli Bağeri Kəninin təyin olunduğu bildirilir.
Xatırladaq ki, Əli Bağeri Kəninin ali rəhbərin ailəsi ilə qohumluq əlaqələrinin olduğu da vurğulanır.
Bununla belə, sözügedən iddialar hələlik İranın rəsmi qurumları tərəfindən təsdiqlənməyib və məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Fərda Uğur









