Bu barədə Tribuna.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək
Qeyd edək ki, klinikada ölü doğulan körpənin zirzəmiyə atıldığı iddia edilib. Yayılan videoda körpənin atası iddia edib ki, həyat yoldaşının təzyiqi qalxıb, amma ona lazımi müdaxilə edilməyib: “İynə vurmadılar, hələ yığılıb ad günü keçirirdilər”.









