Səhiyyə Nazirliyinin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” tender elan edib. Tribuna.az xəbər verir ki, qurum nəqliyyat vasitəsinin satın alınmasını reallaşdırmaq fikrindədir.
Rəsmi qaynaqlarda qeyd edilir ki, alınacaq avtomobillərin sayı 1 ədəd olacaq. Qara rəngli maşının sedan tipli olması nəzərədə tutulub. Analitik Ekspertiza Mərkəzi isə bu avtomobili əldə etmək üçün 105 min manat büdcə ayırıb.
Qeyd edək ki, tenderin nəticəsi 07.08.2026-cı il tarxidə açıqlanacaq.
Fərda Uğur









